Qurbanov Rəşad Afad oğlu

20 yanvar 1966-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1987-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutu, “Avrasiya inteqrasiyasının iqtisadi-hüquqi əsasları” elmi məktəbində çalışır. Elmi sahəsi: Hüquq elmləri.  Hüquq üzrə fəlsəfə doktoru (Rusiya, 1994); Hüquq üzrə elmlər doktoru (2006); Professor (2012); üç yüzdən çox məqalə, monoqrafiya və dərsliyin müəllifi və həmmüəllifi, o cümlədən on dörd fərdi və iyirmi kollektiv monoqrafiya, iyirmi dörd dərslik və dərs vəsaitinin müəllifidir. Rusiya Federasiyasının (RF) fəxri fərmanı (2005); Ümumrusiya siyasi partiyası “Vahid Rusiya” Moskva Şəhər Regional Şöbəsinin (MŞRŞ) Siyasi Şurası tərəfindən Ümumrusiya siyasi partiyası “Vahid Rusiya” nın bərqərar olması və inkişafına verdiyi şəxsi töhfələrinə görə fəxri fərman (2005, 2006); “Rusiya Federasiyasının Əməkdar Hüquqşünası” fəxri adı (2013); RF Müdafiə Nazirinin “Elmi kadrların hazırlanmasına görə” medalı, Rusiya DİN və bir sıra ictimai təşkilatların medalları; Rusiya XİN-nin “Qarşılıqlı fəaliyyətə görə” fərqlənmə nişanı” (2015); Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması Sədrinin Rusiya Federasiyası qanunverciliyinin inkişafına əhəmiyyətli töhfələrinə görə təşəkkürü (2015); Belarus və Rusiya İttifaq Dövlətinin dövlət katibinin inteqrasiya proseslərinin inkişafına verdiyi töhfələrə görə təşəkkürü (2015); Qanunvericilik fəaliyyətində fəal işinə və köməkliyinə görə Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin təşəkkürü (2015); 2016-cı ildə RF Ədliyyə Nazirliyinin fəxri fərmanına layiq görülüb. SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda elmi işçi (1987); Azərbaycanda müxtəlif dövlət strukturlarında rəhbər vəzifələrdə çalışmışdır (1990-1995); “Müstəqil Dövlətlər Birliyinin İnkişafı Humanitar Fondu”nun baş direktoru (2001); Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının Sahibkarlıq hüququ kafedrasının professoru (2006-2012); RF Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2007); “Vahid Rusiya”nın MŞRŞ-nın Siyasi Şurasının üzvü, həmçinin tərəfdarlar şurasının Rəyasət Heyətinin üzvü-həmsədri, MŞRŞ-nın yerli şöbələri ilə təşkilati iş və qarşılıqlı fəaliyyət üzrə Komissiyasının Sədri, “Vahid Rusiya”nın Moskva şəhərinin şimal-qərb inzibati dairəsinin tərəfdarlar şurasının sədri (2007-2012); Hərbi Elmlər Akademiyasının professoru, ehtiyatda olan polkovnik, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvüdür (2008-ci ildən); Rusiya Federasiyası Hesablama Palatasının Sədri yanında ekspert şurasının üzvü (2008-2010); Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü (2008-2012); Rusiya DİN Baş İdarəsinin “Петровка-38” qəzetinin redaksiya heyətinin üzvü (2008-2012); Rusiya Dövlət Ticarət-İqtisad Universitetinin mülki və əmək hüququ kafedrasının müdiri (2010-2012); G.V. Plexanov adına RİU-nun Elmi Şurasının üzvü, Mülki və əmək hüququ kafedrasının müdiri (2013), Mülki hüquq və proses kafedrasının müdiri (2013-2016); Avropa Şurasının (AŞ) hüquq vasitəsilə demokratiya uğrunda Avropa komissiyasında (Venesiya komissiyası) Rusiya Federasiyası nümayəndə heyətinin fəaliyyətinin elmi təminatı katibliyinin rəhbəri, RF Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun İnteqrasiya və beynəlxalq əməkdaşlığının hüquqi problemləri mərkəzinin rəhbəri (2013-2016). Rusiya Elmlər Akademiyasının eksperti (2016); Rusiya Federasiyası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının üzvü (2017); Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universiteti yanında fəlsəfə və elmlər doktorluğu dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya Şurasının üzvüdür; Rusiya Hökumətinin Kostroma Vilayətinin Administrasiyasında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır; “Rostexnologiya” Dövlət Korporasiyası yanında Münsiflər məhkəməsinin hakimi; AŞ-nin korrupsiya ilə mübarizə üzrə dövlətlər qrupunun eksperti (Group of States Against Corruption, GRECO) (Avstriya qiymətləndirməsinin dördüncü raundu); Dövlət Dumasının sədri yanında qanunvericilik prosedurlarının və hüquqi aktlarının hüquqi analizi üzrə işçi qrupun üzvü. HELP (Human Rights Education for Legal Professionals) proqramı çərçivəsində Bosniya və Herseqovinanın hakim və prokurorları üçün mülkiyyət hüququ üzrə tədris kursunun işlənilməsi üzrə işçi qrupun, Avropa Şurasının İnsan hüquqları və hüququn aliliyi üzrə Baş direktorluğunun eksperti; Belarus və Rusiya İttifaq dövlətinin Dövlət katibinin müşaviri, İttifaq dövləti və Avrasiya İqtisadi İttifaqının hüquqi aspektlər üzrə komissiyasının, Rusiya hüquqşünaslar Assosiasiyasının və Belarus Respublikası Hüquqşünaslar İttifaqının Parlament Məclisinin elmi-məsləhət şurasının dövlət quruculuğu və hüquq məsələləri üzrə şöbəsinin rəhbəri, Rəyasət Heyətinin üzvü; Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun nəzdində fəlsəfə və elmlər doktorluğu dissertasiyalarının müdafiəsi üzrə iki dissertasiya şurasının üzvü; Rəhbərliyi altında doqquz fəlsəfə və üç elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir; Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru; “Avrasiya inteqrasiyasının iqtisadi-hüquqi əsasları” elmi məktəbinin rəhbəri; 2016-cı ildən “Экономика, право, общество” elmi jurnalının baş redaktorudur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *