Qurbanov Seyfəddin Əli oğlu

19 oktyabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub. 1989-cu ildə Xarkov Bədii-Sənaye İnstitutunun (indiki Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyası) Heykəltəraşlıq bölməsini bitirib. Hal-hazırda Ukraynada yaşayır. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının (XDDİA) Heykəltəraşlıq kafedrasında çalışır. Elmi sahəsi: Sənətşünaslıq. Əsas elmi nailiyyəti: Dosentdir. “Ukraynanın əməkdar rəssamı” (2004); “Ukraynanın xalq rəssamı” (2005); Xarkovda qoyulan “Damdakı skripkaçı” heykəlinə görə xüsusi mükafata layiq görülüb (2005); Maltanın Yerusəlimli müqəddəs İoann ordeninin cəngavərliyinə qəbul edilməklə ona Malta ordeni verilib (Valletta, Malta) (2005); Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub (2006); Ukrayna Prezidenti tərəfindən xatirə nişanı (2007); “İlin xarkovlusu” regional reytinqinin və “İlin xarkovlusu” regional mükafatının laureatı (2008); “Xarkov ali məktəbi ən yaxşı adlar” vilayət müsabiqəsinin qalibi olub (2009); “Xarkov vilayətinin fəxri vətəndaşı” adı (2011); “Ən yaxşı kafedra müdiri” nominasiyasında qalib (2014); “Ukrayna təhsil əlaçısı” nişanı; Xarkov vilayət şurasının “Слобожанская слава” fəxri fərqlənmə nişanı; Beynəlxalq “Müqəddəs Sofiya” ordeni; Marşal Jukov ordeni; Beynəlxalq “Sokrat” mükafatı (Oksford Universiteti, Böyük Britaniya); “Ukraynanın iş adamı” Ümumukrayna reytinqinin laureatıdır.

Xarkov Bədii-Sənaye İnstitutunun Heykəltəraşlıq kafedrasında müəllim (1989); Sankt-Peterburq Bədii Akademiyasında təcrübə keçib (1991); Ukrayna Rəssamları Milli İttifaqının Xarkov təşkilatının üzvüdür (1992-ci ildən); Şərqi-Ukrayna Biznes Akademiyasının baş heykəltəraşı (2000-2003, 2005-2008), Şərqi-Avropa İnnovasiyalar Mərkəzinin baş heykəltəraşı (2003-2005) olub; “Slavyan Universitetinin professoru” fəxri adı verilib (2007); XDDİA-nın Heykəltəraşlıq kafedrasının müdiri (2008); İşgüzar Dairələr Məclisinin baş heykəltəraşıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *