Rəhmanov Vaqif Məmməd oğlu

14 yanvar 1951-ci ildə Azərbaycan Respublikasının Lerik rayonunda anadan olub. N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. Hal-hazırda Ukraynada yaşayır. Ukrayna Psixoterapevtik Reabilitasiya Mərkəzində çalışır. Elmi sahəsi: Psixologiya. İki tibb ixtisası üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir (1989); Sankt-Peterburq şəhərində V.M. Bexterev adına Psixiatriya Elmi-Tədqiqat İnstitutunda üç ixtisas üzrə elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir (1992); Psixiatr, psixoterapevt, psixofizioloq, akademik, tibb elmləri doktoru, professor, əməkdar həkim; Mərkəzi sinir sisteminin orqanik xəstəlikləri, onların müalicəsi və reabilitasiyası sahəsində mühüm elmi nəticələrə malikdir; ikiyüzdən çox elmi məqalə, dörd monoqrafiya, səkkiz metodik tövsiyə, bir neçə ixtira və səmərələşdirici təklifin müəllifi; Qeyri-farmakoloji terapiyaya dair qırxdan çox metod hazırlamışdır. Ukraynanın əməkdar səmərələşdiricisi və ixtiraçısı adı (2004); Ukrayna komsomolu mükafatı (1985); “Ukraynanın Əməkdar səmərləşdiricisi” fəxri adı (1990); Moskvada Ümumittifaq sərgisində qızıl medal; H.İ. Piroqov ordeni (2009); G.V. Leybnits adına medal (2009); “Ярослав Мудрый” ordeni (2009); 2017-ci ildə ABŞ-ın Çikaqo şəhərində keçirilən “2016-cı ilin alimi” illik açıq beynəlxalq müsabiqənin “Tibb” nominasiyası üzrə qalibidir. Ukrayna Ali Məktəblər Akademiyasının akademiki və Avropa Psixoterapevtlər Assosiasiyasının üzvü (1989); Ukrayna Psixoterapevtik Reabilitasiya Mərkəzinin və Dnepropetrovsk vilayəti, “Sağlamlıq” xeyriyyəçilik fondunun rəhbəri (2002-ci ildən); Rusiya, Polşa, Avstriya, Fransa və digər ölkələrdə keçirilən beynəlxalq elmi-praktiki konfrans və simpoziumların iştirakçısıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *