Rəhmanova Aza Həsən qızı

17 sentyabr 1932-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub, 18 noyabr 2015-ci ildə Rusiyanın Sank-Peterburq şəhərində vəfat edib. 1955-ci ildə İ.P.Pavlov adına 1 saylı Leninqrad Tibb İnstitutunu (indiki Akademik İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universiteti) bitirib. Elmi sahəsi: Tibb elmləri. Fəlsəfə doktoruluğu dissertasiyasını müdafiə edib (1973); “Virus hepatiti zamanı qaraciyər koması” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib (1984); 11 kitab, tibb bacıları üçün məlumat kitabçası, 50-yə yaxın metodik vəsait, çoxsaylı jurnal məqalələrinin müəllifi, eləcə də 7 dərsliyin həmmüəllifi olmuşdur. “Vətənə qulluq naminə” II dərəcəli orden; Rusiya Federasiyasının əməkdar elmi işçisi; Nyu-York Elmlər Akademiyasının üzvü; Hamilə qadınlar və uşaqlar arasında HİV-in qarşısının alınması və müalicəsi sahəsində geniş töhfələrinə görə UNİCEF diplomu ilə təltif olunmuşdur. Leninqrad Tibb İnstitutu Yoluxucu xəstəliklər kafedrasının kliniki ordinatoru olub, eyni vaxtda N.F. Filatov adına uşaq xəstəxanası və S.P. Botkin adına kliniki infeksion xəstəxananın bazalarında işləyib (1955-1957); 1973-ci ildə SSRİ-də ilk dəfə infeksion xəstəxanada İntensiv terapiya şöbəsini, 1976-cı ildə isə xroniki hepatitdən əziyyət çəkən xəstələrin mərhələli müalicəsi sistemini təşkil edib. 40 yaşında Leninqradın baş infeksionisti vəzifəsinə təyin edilib; Leninqradın aparıcı institut və klinikalarında çalışıb (1965); Leninqradın İnfeksion Xəstəliklər üzrə Səhiyyə Komitəsinin baş mütəxəssisi (1986); Təşəbbüsü ilə S.P. Botkin adına infeksion xəstəxananın nəzdində QİÇS kliniki mərkəzi, bir il sonra isə indiki Sankt-Peterburq Diplomdan sonrakı Tibbi Təhsil Akademiyasının Yoluxucu xəstəliklər kafedrasının nəzdində QİÇS-in laboratoriya diaqnostikası kursu açılıb (1987); Leninqrad və regionun QİÇS və virus hepatitləri problemləri ilə məşğul olan bütün müəssisələrini birləşdirən “QİÇS və QİÇS-indikator xəstəlikləri” elmi-praktik birliyinin rəhbəri (1987); Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri (1988); Kanada-Rusiya layihəsinin supervayzeri (1998-1999); Sankt-Peterburq Tibb Akademiyasının QİÇS diaqnozlu laborator yönümlü İnfeksion xəstəlikləri kafedrasının professoru (2000); “Bristol-Myers Sguibb”, “Pliva” və “Tibotes” firmaları ilə birgə kliniki tədqiqatlar aparıb (2000-2003); Sankt-Peterburq Dövlət Tibb Universitetinin İnfeksion xəstəliklər və epidemiologiya kafedrasının “HİV-təbabət” kursunun müdiri (2007-ci ildən); Sosial mahiyyətli infeksiyalar kafedrasının professoru (2013-cü ildən); QİÇS və İnfeksion xəstəliklərlə mübarizə və profilaktika mərkəzinin baş həkiminin müalicə-diaqnostika və elmi işlər üzrə müavini (2008-ci ildən); Şimal Qərb Federal dairəsində Prezidentin səlahiyyətli nümayəndəsi yanında Narkotiklər əleyhinə İdarələrarası Komissiyanın üzvü; “Dünya həkimləri nüvə təhlükəsinə qarşı” Cəmiyyətinin üzvü; Beynəlxalq İnsan Haqları Komissiyasının İcraiyyə Komitəsinin üzvü; ondan çox beynəlxalq konfransda və konqresdə iştirak etmişdir; Rəhbərliyi altında on dörd elmlər, əllidən çox fəlsəfə doktorluğu dissertasiyaları hazırlanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *