Rzayev Zakir Məhərrəm oğlu

17 avqust 1940-cı ildə Ermənistan SSR-də anadan olub. S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinin Neft-kimya bölməsini bitirib. Hal-hazırda Türkiyədə yaşayır. Hacettepe Universitetinin Mühəndislik fakültəsinin Kimya mühəndisliyi bölümündə çalışır. Elmi sahəsi: Kimya. Kimya üzrə fəlsəfə doktoru (Moskva, 1967); Azərbaycan Elmlər Akademiyası, Polimer Materialları İnstitutu, kimya üzrə elmlər doktoru (1983); Polimer elmi və mühəndislik, polimer nano elmi və nanotexnologiya, funksional kopolimerlərin sintezi, funksional makromolekulların üzvi kimyası, polimerlərin plazma və fotokimyası, supramakromolekulyar strukturlar, polimer sintezi və emalında nano metodlar, funksional kopolimerlərin biomühəndisliyi və nano-mühəndislik proqramları, polimer nanosistemləri, nanoarxitekturalar, nanomateriallar və nanokompozitlər sahəsində elmi araşdırmalar aparır; yüz iyirmiyə-ə yaxın elmi məqalənin müəllifi və həmmüəllifidir. Gənclər Təşkilatı Mərkəzi Komitəsinin mükafatı (Moskva, 1972); SSRİ Nazirlər Şurasının mükafatı, “IX beşillik plan” (1976); 1981-ci ildə “X beşillik plan” SSRİ Nazirlər Şurasının mükafatına layiq görülmüşdür. Amerika Kimya Cəmiyyətinin üzvüdür (2002-ci ildən); Türkiyə, Orta Doğu Texniki Universiteti, Kimya bölümü, professor (1992-1994); Türkiyə, Manisa, Polinas Plastik İnd. A.Ş., məsləhətçi (1995-1998); AMEA Polimer Materialları İnstitutu, laboratoriya müdiri (1976-1982), elmi işlər üzrə direktor müavini (1983-1992); (1968-1975) AMEA Xlor-Üzvi Sintez İnstitutu, Polimer şöbəsinin böyük elmi işçisi olmuşdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *