Sadıxov Qulam Sadıx oğlu

16 iyul 1940-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1962-ci ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirib. Hal-hazırda Rusiyada yaşayır. N.E. Bauman adına Moskva Dövlət Texniki Universitetində çalışır. Elmi sahəsi: Riyaziyyat. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (1968); Texnika üzrə elmlər doktoru (1989); Professor (1991); 200-dən çox elmi nəşrin müəllifidir, yeddi monoqrafiya, beş kitab, etibarlılıq üzrə beş soraq kitabçası və 6 dövlət standartı mövcuddur. Üç məqaləsi NASA-da dərc edilib. Elmi məktəbin rəhbəridir, yetirmələrindən on ikisi-i fəlsəfə doktoru və ikisi elmlər doktorudur. Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi (1962-1963); SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunda təcrübə keçib (1963-1965); Radioelektron texnikasının sahə institutlarında şöbə və etibarlılıq laboratoriyalarına rəhbərlik edib (1972-1991); Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvüdür (1995-ci ildən); N.E. Bauman adına MDTU-da Raket-kosmos texnikası fakültəsində professor (1991-ci ildən), sonra isə baş elmi işçi (2008-ci ildən); REA-nın A.A. Dorodnitsın adına Hesablama Mərkəzinin aparıcı elmi işçisidir; Rusiya Elmlər Akademiyası Hesablama Mərkəzinin elmlər doktorluğu və fəlsəfə doktorluğu elmi dərəcələrinin, o cümlədən “fövqəladə hallarda təhlükəsizlik” ixtisasının verilməsi üzrə iki dissertasiya şurasının üzvüdür; Rusiya Dövlət Standartları Komitəsinin “Методы менеджмента качества” jurnalının redaksiya heyətinin üzvü, habelə illik “Etibarlılıq və keyfiyyət” Beynəlxalq simpoziumunda “Material istehsalı vasitələri və obyektlərinin rekonstruksiyası” seksiyasının rəhbəridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *