Şahmurova Aida Mustafa qızı

1961-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.1982-ci ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) Biologiya fakültəsini bitirib. Hal-hazırda Türkiyədə yaşayır. Okan Universitetinin Fənn-ədəbiyyat fakültəsində çalışır. Elmi sahəsi: Biologiya elmləri. AMEA, biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır (1993); 50-dən çox məqalə, on beş kitab, üç layihə və s. müəllifidir; Biologiya, biokimya, ətraf mühitin sağlamlığı, ətraf mühit və ekoloji biotexnologiya, biologiya və ekoloji riyazi modelləşdirmə sahələrində tədqiqatlar aparır. Böyük elmi işçi diplomu (1998); Okan Universiteti, Yayım Təşviqat mükafatı (2007, 2008, 2009, 2010, 2011,2012, 2013, 2014); (2008, 2010, 2011, 2012, 2013, 2014) TÜBİTAK, Yayım Təşviqat Mükafatına layiq görülüb. AMEA Biologiya İnstitutu, köməkçi prof., (1993); AMEA Biologiya İnstitutu, dos., prof. (1998); Trakya Universiteti, Ekologiya Mühəndisliyi, dos., prof., doktor (1999); Trakya Universiteti, Ekologiya Mühəndisliyi, prof., doktor (2002); İstanbul Universiteti, Ekologiya Mühəndisliyi, prof., doktor (2005); Okan Universiteti, Ekologiya Sağlamlığı, prof., doktor (2007); Okan Universiteti, İqtisadiyyat və İdarəetmə fakültəsi Komissiyasının üzvüdür (2008-2010); Okan Universiteti, İncəsənət və Elmlər fakültəsi komitəsinin üzvüdür (2010-2012), prof., doktor (2013); Dosent imtahanlarının (YÖK) üzvüdür (2009-2014); Okan Universiteti, İnsan və İctimai Elmlər, prof., doktor (2015); Kənd Təsərrüfatı İqtisadiyyat Cəmiyyətinin üzvüdür (AES, İngiltərə).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *