Nuriyev Ürfət Qubad oğlu

2 aprel 1954-cü ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunda anadan olub. S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Riyaziyyat fakültəsini bitirib. Hal-hazırda Türkiyədə yaşayır. Ege Universiteti, Fənn fakültəsinin Riyaziyyat bölməsi üzrə çalışır. Elmi sahəsi: Riyaziyyat. Çanta probleminin fərqli versiyalarını dəqiq və təqribi həll etmək üçün üsullar təklif etmiş, proqram təminatı hazırlamış, Ukraynanın fərqli müəssisələrində tətbiq etmişdir; Telekommunikasiya problemlərində qarşımıza çıxan Bandgeçişi (Bandpass) probleminin həmmüəlliflərindən biridir. Bu problemin fərqli versiyaları üçün riyazi modellər hazırlamış, həll üsulları təklif etmiş, proqram təminatı və elektron məsələlər kitabxanası hazırlamışdır; Bandgeçişi probleminin ümumiləşdirilməsi olan Bandtoplusu (Bandcollection) probleminin müəllifidir. Bu problemin fərqli versiyaları üçün riyazi modellər hazırlamış, həll üsulları təklif etmiş, proqram təminatı və elektron məsələlər kitabxanası hazırlamışdır; Minimal Ağırlıqlı Dominant Alt Çoxluq probleminin müəllifidir. Bu problem qlobal optimallaşdırma məsələlərində alt problem kimi qarşıya çıxır. Bu problem üçün də riyazi model hazırlanmış, həll üsulları təklif edilmiş, proqram təminatı hazırlamışdır; Kəsmə probleminin fərqli versiyaları üçün riyazi modellər hazırlamış, həll üsulları təklif etmiş, proqram təminatı hazırlamış və fərqli sahələrdə tətbiq etmişdir; Tekstil sənayesində fərqli proseslərin optimallaşdırılması üçün riyazi modellər hazırlamış, həll üsulları təklif etmiş, proqram təminatı hazırlamış və fərqli sahələrdə tətbiq etmişdir; Yeni kriptoloji və kriptoanaliz alqoritmləri hazırlamışdır; Kaprekar ədəd və sıraların strukturunu araşdırmış, onları hesaplamaq üçün proqram təminatı və bu mövzuda olan bütün işlərin toplandığı elektron kitabxana hazırlamışdır; altı kitab və iki yüz səkkiz məqalənin müəllifidir. “RANEZ-85”, kompüter proqramları (Knapsack problemini həll edən) yarışının üçüncüsü (1985); 1986-ci ildə Bakıda keçirilən “Gənc alimlərin milli iqtisadiyyata töhfələri” Respublika layihə yarışının ikincisi olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası, Kibernetika İnstitutu (indiki İdarəetmə Sistemləri İnstitutu), elmi işçi (1976-1979); Ukrayna Elmlər Akademiyası, Kibernetika İnstitutu, elmi işçi (1979-1983); AMEA Kibernetika İnstitutu, elmi işçi, böyük elmi işçi, bölmə müdiri (1983-2002); Bakı Dövlət Universiteti, Tətbiqi-riyaziyyat fakültəsi, Riyazi kibernetika kafedrası, dosent (1990-1999); Bakı Texniki-Humanitar liseyi, müdir (1992-1995); Ege Universiteti, Fənn fakültəsi, Riyaziyyat Bölməsi, dosent, professor (1997-ci ildə etibarən); “TWMS Journal of Pure and Applied Matematics”, “Advanced Mathematical Models & Applications”, “Ege University Journal of the Faculty of Science”, “Proceedings of Insititute of Applied Mathematics of Baku State University”, “Süleyman Demirel University Journal of Natural and Applied Sciences” jurnallarının redaksiya heyətinin üzvüdür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *