Ömərov Şahin Ənvər oğlu

26 avqust 1968-ci ildə Azərbaycan Respublikasnın Kürdəmir rayonunun Xırdapay kəndində anadan olub. Xarkov Dövlət Dəmiryol Nəqliyyatı Akademiyasının İqtisad fakültəsini; 2002-ci ildə Yaroslav Mudrıy adına Ukrayna Milli Hüquq Akademiyasının (indiki Yaroslav Mudrıy adına Ukrayna Milli Hüquq Universiteti), “hüquqşünas” ixtisasını btirib. Hal-hazırda Ukraynada yaşayır. 2009-cu ildən “Xəzər Ltd” adlı firmada çalışır. Elmi sahəsi: İqtisad elmləri. “İqtisadiyyat və müəssisələrin idarə olunması” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (2008); 11-dən çox elmi məqalənin müəllifidir. “Xəzər Ltd” Firması MMC-nin baş direktoru kimi Xarkov vilayətinin sosial-iqtisadi inkişafında töhfəsinə görə dəfələrlə Xarkov vilayəti dövlət administrasiyasının (2007, 2008), Xarkov şəhər şurasının (2006, 2008), “Xəzər” firması ilə əməkdaşlıq edən müəssisələrin  rəhbərlərinin (2007, 2008, 2009) fəxri fərmanları və təşəkkürnamələri ilə mükafatlandırılıb; “Dostluq” Cəmiyyətinin fəaliyyəti dəfələrlə Millətlər və Dini İşlər üzrə Ukrayna Dövlət Komitəsi, Xarkov vilayəti dövlət administrasiyası və Xarkov şəhər şurasının fəxri fərmanları və təşəkkürnamələri ilə qeyd edilib. Xarkov Elmi-Tədqiqat Dəqiq Maşınqayırma İnstitutunda (“Radiorele” Xarkov İstehsalat Birliyi) lifli-optik texnika üzrə konstruktor şöbəsində çilingər, 1990-cı ildə həmin institutun baza elmi-tədqiqat standartlaşdırma şöbəsində mühəndis vəzifəsində işləyib; “TSK” kiçik müəssisəsində mühasib, sonra baş mühasib (1992-1993); “Sprut” LTD Ukrayna-Türkiyə birgə müəssisəsinin baş mühasibi (1993); “İnko” Səhmdar Bankının valyuta əməliyyatları şöbəsində iqtisadçı-mühasib (1994), həmin bankın valyuta əməliyyatları şöbəsinin rəisi (1995); “Ukrayna ticari əməkdaşlıq bankı” Səhmdar Kommersiya Bankında valyuta idarəsi rəisinin müavini (1996); “Xəzər Ltd” Firması Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) maliyyə direktorunun müavini (1996-2006); “Xəzər Ltd” MMC-nin maliyyə direktoru (2007); Xarkov şəhər şurasının Kiyev rayon şurasının deputatı (2006-2010); Xarkov vilayəti qubernatorunun iqtisadi məsələlər üzrə müavininin müşaviri (2010-2013); Sənaye və Ticarət Komitəsinin rəhbəri, Avropa Ticarət-Sənaye Palatasının Xarkov vilayətindəki nümayəndəsi (2012-ci ildən); Ukrayna-Azərbaycan Biznes Şurasının prezidenti (2013-cü ildən); Xarkov Milli Radioelektronika Universitetinin İqtisadi kibernetika kafedrasının dosenti; Ukrayna Milli Elmlər Akademiyasının Elmi-tədqiqat işlərinin İnkişafı Problemləri Mərkəzinin tədqiqatçısı; Xarkov vilayətindəki “Xətai” Cəmiyyətinin İdarə heyətinin üzvü (1991-ci ildən); “Dostluq” Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin Xarkov vilayəti üzrə İdarə Heyətinin üzvü (2001-ci ildən); 2015-ci ildən Albaniya Respublikasının Xarkovda fəxri konsuludur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *