Qəmərli Arif Paşa oğlu

5 yanvar 1929-cu ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. 1951-ci ildə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsini bitirib. Hal-hazırda Qırğızıstan‎da yaşayır. K.İ.Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetinin Heyvanların infeksion və invazion xəstəlikləri kafedrasında çalışır. Elmi sahəsi: Aqrar elmlər. Baytarlıq üzrə fəlsəfə doktoru (1955); Baytarlıq üzrə elmlər doktoru (1970); Professor (1987); Mozalandan keçən xəstəliklərin erkən kimyəvi profilaktikası metodunu dünyada ilk dəfə işləyib hazırlayıb və istehsalata tətbiq etmişdir; Kənd təsərrüfatı heyvanlarının mozalandan keçən xəstəliklərinin öyrənilməsi sahəsində yüz on elmi iş, parazitologiyaya aid on monoqrafiya və bir neçə dərs vəsaitinin müəllifidir. Qırğız Respublikasının Kənd Təsərrüfatı Əlaçısı; Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin (ÜİKTS) bürünc medalı (Moskva, 1957); “Rəşadətli əməyə görə” medalı (1970); 1974-cü ildə “Sosializm yarışının qalibi” nişanı ilə təltif edilib. SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Qırğızıstana, Elmi-Tədqiqat Heyvandarlıq və Baytarlıq İnstitutuna daimi işləməyə gəlmiş və kənd təsərrüfatı heyvanlarının parazitlərinin öyrənilməsi laboratoriyasının rəhbəri təyin edilmişdir (1956); Qırğızıstan Kənd Təsərrüfatı İnstitutu (indiki K.İ.Skryabin adına Qırğızıstan Milli Aqrar Universiteti), Heyvanların infeksion və invazion xəstəlikləri kafedrasının müdiri vəzifəsində işləmiş (1982-ci ildən), Baytarlıq fakültəsinin dekanı olmuşdur (1984-1988); Qırğızıstan Elmi-Tədqiqat Heyvandarlıq və Baytarlıq İnstitutunun laboratoriya müdiri, son illərdə institutun direktorunun elmi işlər üzrə müavini olmuşdur; Rəhbərliyi altında on fəlsəfə və dörd elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir; beş elmlər və on səkkiz fəlsəfə doktorluğu dissertasiyasının rəsmi opponenti olmuşdur; 1993-cü ildən K.İ. Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetinin Heyvanların infeksion və invazion xəstəlikləri kafedrasının professorudur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *