Qəndilov Tofiq Mir Tağı oğlu

26 fevral 1942-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. S.M. Kirov adına Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. Moskva İqtisadiyyat və Hüquq Akademiyasının Sahibkarlıq hüququ kafedrasında çalışır. Elmi sahəsi: Hüquq elmləri. Hüquq üzrə fəlsəfə doktoru (1968); Hüquq üzrə elmlər doktoru (1992);səksəndən çox elmi əsəri, o cümlədən bir neçə kitab, monoqrafiya və elmi-metodik vəsaitləri nəşr edilmişdir. Vyetnam hökumətinin “Dostluq” medalı; 2007-ci ildə “Rusiya Federasiyasının əməkdar hüquqşünası” fəxri adına layiq görülüb. 1963-cü ildə SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunun aspiranturasına qəbul olmuşdur; 1969-cu ildə SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunun Təsərrüfat hüququ və sənayenin idarə edilməsi problemləri bölməsinə müsabiqə yolu ilə kiçik elmi işçi qəbul edilmiş, həmin vaxtdan 2006-cı ilədək 37 il müddətində orada işləmişdir. 1976-cı ildən həmin institutun baş elmi işçisi, 1992-ci ildən aparıcı elmi işçisi olmuşdur; Qanun yaradıcılığı məsələləri ilə məşğul olur; SSRİ Rabitə Nazirliyinin Rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma institutunda dosent (1980-1984); Moskva Dövlət Hüquq Akademiyasında professor (1994-1995 və 2003-2005); Moskva Dövlət Açıq Universitetində professor (1998-2002), Q.V.Plexanov adına İqtisadiyyat Akademiyasının nəzdində İqtisadiyyat və işgüzar idarəetmə ali məktəbində dərs demişdir (1998-2000); Dəfələrlə xarici ölkələrin elmi müəssisə və universitetlərində təsərrüfat və mülki hüquqla bağlı mühazirələrlə çıxış etmişdir; Vyetnam Sosialist Respublikası yanında Ali Administrasiya Məktəbində dərs demişdir (1985-1987); Rusiya Federasiyası DİN-in Moskva Universitetində, Rusiya Dövlət Turizm və Servis Universitetində, Rusiya Federasiyası Hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasında mühazirələr oxuyur. Elmi-pedaqoji kadrların hazırlanması sahəsində iş aparır, xeyli sayda aspirantların elmi rəhbəri, doktorantların məsləhətçisi olmuşdur və bu fəaliyyətini indi də davam etdirir; Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda və Rusiya Federasiyası DİN-in Moskva Universitetində doktorluq dissertasiyası müdafiəsi üzrə iki şuranın üzvüdür; Moskva İqtisadiyyat və Hüquq Akademiyasının Sahibkarlıq hüququ kafedrasının müdiridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *