Rəhimov Əliheydər Ağaələkbər oğlu

25 iyul 1950-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti) (1975); 1976-cı ildə cərrahiyyə üzrə internatura keçmişdir. Hal-hazırda Rusiyada yaşayır. 2012-ci ildən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin direktoru, Transfiziologiya kafedrasının müdir vəzifəsində çalışır. Elmi sahəsi: Tibb elmləri. “İnsanın plazmatik-həll edilə bilən histoloji birgəlik antigenləri” mövzusunda tibb üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1980); “Qanında irsi anomaliyalar olan şəxslərin immun statusunun kompleks qiymətləndirilməsi” mövzusunda tibb üzrə elmlər doktorluğu dissertasiyasını müdafiə edib (1988); üç yüz doqsandan çox elmi iş, on altı monoqrafiya, on iki tədris və tədris-metodik vəsait, həmçinin iki ixtiranın müəllifidir. Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda kiçik elmi işçi (1977); Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun böyük elmi işçisi, immunoloji tipləşdirmə qrupunun rəhbəri olub (1980-1988); Ümumittifaq Bioloji Aktiv Maddələr Elmi Mərkəzinin Toksikologiya və gigiyenik normalaşdırma laboratoriyasının şöbə müdiri (1988-1992); Rusiya Tibb Elmləri Akademiyasının akademik B.V. Petrovski adına Rusiya Cərrahiyyə Elmi Mərkəzinin professoru, Transfiziologiya şöbəsinin müdiri (1992); İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının (hazırda İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti) Klinikalararası qanköçürmə şöbəsinə rəhbərlik edir (1998-ci ildən); Rusiya Tibb Elmləri Akademiyasının akademik B.V. Petrovski adına Rusiya Cərrahiyyə Elmi Mərkəzinin Transfiziologiya və laboratoriya texnologiyaları şöbəsinə rəhbərlik edib (2006-2012); İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının həkimlərin Ali məktəbdənsonrakı peşə təhsili fakültəsinin Kliniki transfuziologiya kafedrasının müdiridir (1999-cu ildən); İlk dəfə olaraq, qanın irsi anomaliyaları olan şəxslərdə immuniteti tədqiq edib. O, hemoqlobinopatiyalar və Q-6FDQ fermentinin defisiti zamanı immun statusunun müxtəlif xüsusiyyətlərini və variantlarını aşkar edib, bu anomaliyalar zamanı HLA antigenlərinin bölgüsünün xüsusiyyətlərini öyrənib. Araşdırmalar qanın irsi anomaliyaları olan şəxslərdə populyasiya immunitetinin vəziyyəti barədə təsəvvürləri əhəmiyyətli dərəcədə genişləndirib; Allogen hemotransfuziyaların immunoloji təhlükəsizliyinin təmin edilməsi problemləri ilə məşğul olub; Əməkdaşları ilə birlikdə Hemotransmissiv infeksiyalarla bağlı vəziyyətin riyazi modelləşdirilməsi metodunu təklif edib və işləyib hazırlayıblar. Bu metod hemotransfuziyaların infeksion təhlükəsizliyini təmin edən diaqnostik tədqiqatların və profilaktik tədbirlərin zəruri həcmini müəyyən etməyə imkan verir; Moskva Hemaferez Cəmiyyətinin, Moskva İmmunologiya Cəmiyyətinin, “Проблемы гематологии и переливания крови” və “Вестник службы крови россии” jurnallarının redaksiya heyətinin üzvüdür; Avropa, Asiya və Amerika ölkələrində keçirilən beynəlxalq konqreslərdə dəfələrlə Rusiyanı təmsil edib; Rəhbərliyi altında on iki fəlsəfə və beş elmlər doktorluğu dissertasiyası müdafiə olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *