Rzayev Cəlal Əhməd oğlu

23 fevral 1927-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub, 30 avqust 2018-ci ildə vəfat edib. M.Torez adına Birinci Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki M. Torez adına Moskva Dövlət Linqvistika Universiteti) İngilis dili fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. Elmi sahəsi: Fəlsəfə. M.V.Lomonosov adına Moskva Dövlət Universitetində SSRİ-də milli münasibətlərin inkişafı mövzusuna həsr edilmiş fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmiş,  sonra isə dosent elmi adını almışdır (1965); Fəlsəfə üzrə əllidən çox nəşrin, üç monoqrafiyanın müəllifidir; “Dünyanın yeni mənzərəsinin astanasında”, “Transpersonal psixologiya-təcavüzkarlıq və terrorizm sindromuna qarşı. Sülhpərvərliyə aparan yol”, “Həyatın xolosofiyası: psixoloji-fəlsəfi esse”, “Elm və kvazi-elm”, “Tibet kosmizmi” kimi elmi əsərlərin müəllifidir; Fəlsəfənin aktual məsələlərinin təhlilinə həsr edilmiş yaradıcılıq fəaliyyəti “Murmansk vilayətinin pedaqoji ensiklopediyası. XX əsr. Tarix simalarda” və “Rusiyanın uğurlu insanlarının bioqrafik ensiklopediyası” adlı iki ensiklopedik nəşrdə öz əksini tapmışdır. “Yüksək peşəkar pedaqoji məharətə görə” Murmansk Dövlət Pedaqoji Universitetinin rektoru və Murmansk vilayəti qubernatorunun fəxri fərmanları; “Əmək veteranı” adı və “Rusiya Federasiyasının fəxri ali peşə təhsili işçisi” tituluna layiq görülmüşdür. Qırğızıstan məktəblərində ingilis dili müəllimi işləyib; Qırğızıstan Dövlət Universitetində əvvəlcə assistent, sonra baş müəllim kimi çalışıb (1962-1969); Müsabiqə üzrə Rusiya Federasiyası, Murmansk Ali Dəniz Mühəndisliyi Məktəbində baş müəllim kimi fəlsəfə fənnini tədris edib (1973-cü ilə qədər); Murmansk Dövlət Pedaqoji İnstitutunun Marksizm-leninizm kafedrasının (indiki Fəlsəfə və sosiologiya) müdiri olub (1974-1981); Beynəlxalq Rerix Cəmiyyəti və Rusiya Fəlsəfə Cəmiyyətinin Murmansk filiallarının üzvü olub; Pedaqoji fəaliyyəti ilə əlaqədar, xarici universitetlərdə – Hindistan, Norveç və ABŞ-da sosial-fəlsəfi mövzularda ingilis dilində mühazirələr oxuyub; 1998-ci ildən Murmansk Dövlət Pedaqoji İnstitutunun Fəlsəfə və sosiologiya kafedrasının professoru olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *