Sadıyeva-Kuruoğlu Gülmira Arif qızı

12 fevral 1970-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (indiki Bakı Slavyan Universiteti), 1994; 1995-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunu (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) bitirib. Hal-hazırda Türkiyədə yaşayır. Dokuz Eylül Universitetinin Ədəbiyyat fakültəsində çalışır. Elmi sahəsi: Filologiya elmləri. AMEA Dilçilik İnstitutunda neyrolinqvistika sahəsində dissertasiya işini müdafiə edib (1994); Neyrolinqvistika, psixolinqvistika, nəzəri dilçilik, rus dili və ədəbiyyatı və s. istiqamətlərdə əllidən çox məqalənin, iki kitabın, altı kitab bölməsinin müəllifidir; Yaponiya, Rusiya və digər ölkələrin alimləri ilə birgə elmi layihələr həyata keçirir. 2003-cü ildə Türk Dil Təşkilatı rəhbərliyi tərəfindən “Fəxri üzvü” adına layiq görülüb.  Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu, tədqiqatçı (1994-2004), Dilçilik İnstitutunun İdarə Heyətinin üzvü (1998-2003), dosent (2002), Dilçilik İnstitutunun Gənc Tədqiqatçılar İdarə Heyətinin sədri (1998-2003); Bakı Respublika Klinik Xəstəxanası, Nevrologiya Bölməsi (1995-2004); Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universiteti, müəllim (1999-2001); Bakı Slavyan Universiteti, Rus dili linqvistikası bölümü, müəllim (2001-2006), İdarə Heyətinin üzvü (2002-2003), Psixolinqvistika və Bilirasiya Tədqiqatları Mərkəzinin rəhbəri (2002-2005); Hacettepe Universiteti, Tibb fakültəsi, tədqiqatçı (2002-2003); Dokuz Eylül Universiteti, Fənn-ədəbiyyat fakültəsi, Dilçilik Bölməsi, müəllim (2004), Tibb fakültəsi, Fiziki-tibb və reabilitasiya elm sahəsi, afazioloq (2006), Fənn-ədəbiyyat fakültəsi, Dilçilik şöbəsinin müdir köməkçisi, professor (2008), Sosial Elmlər İnstitutunun idarə heyətinin üzvü (2009); Dokuz Eylül Universitetində iki yeni bölmə yaradıb: “Rus dili ve ədəbiyatı bölümü” (2011) və “Dil və Konuşma Terapistliyi bölümü” (2017). Hazırda hər iki bölümün sədridir; Magistrant və doktorantlara beyin linqvistikası, dil və nitq pozuntuları, tətbiqi psixolinqvistika, beyin dilçiliyi və s. mövzularını tədris edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *