Osmanova Gülnarə Oruc qızı

12 noyabr 1965-ci ildə Ermənistanın Noyemberyan rayonunun Baqrataşen qəsəbəsində anadan olub. 1991-ci ildə Mari Dövlət Universitetinin (MarDU), “bioloq, biologiya və kimya müəllimi” ixtisasını bitirib. Hal-haırda Rusiyada yaşayır. Mari Dövlət Universiteti, Ekologiya kafedrasında çalışır. Elmi sahəsi: Biologiya elmləri. Voronej Dövlət Universitetində “botanika” ixtisası üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (2000); Orenburq Dövlət Pedaqoji Universitetində “botanika” və “ekologiya” ixtisasları üzrə biologiya üzrə elmlər doktorluğu dissertasiyasını müdafiə edib (2009); 110-dan çox elmi və tədris-metodiki işi dərc olunub. Monoqrafiya müəllifi, kollektiv monoqrafiyanın həmmüəllifidir; Elmi tədqiqatlarının əsas istiqamətləri inkişafın biomorfologiyası, ontogenezi və polivariantlılığı, senopopulyasiyaların strukturu, biomüxtəlifliyi olan təbii ekosistemlərin qiymətləndirilməsidir. “Atlas” Rusiya Xalqlar Dostluğu Universitetinin (Moskva) Ümumrusiya müsabiqəsində ekologiya sahəsində 2010-cu ilin ən yaxşı kitabına görə III dərəcəli diploma layiq görülüb; MarDU-nun  fəxri fərmanı (2005); “Biomüxtəlifliyin qorunub saxlanılmasının prinsip və üsulları” II Ümumrusiya elmi konfransının keçirilməsinə görə Yoşkar Ola Administrasiyasının Ekologiya və Təbiətdən İstifadə Komitəsinin təşəkkürnaməsi (2006); “Ekologiya, biologiya və kimyanın aktual problemləri” Ümumrusiya konfransının işinin təşkilinə görə MarDU-nun təşəkkürnaməsi; Çoxillik səmərəli fəaliyyətinə görə Korkatov bələdiyyə liseyinin təşəkkürnaməsi (2010); Çoxillik vicdanlı əməyinə və ixtisaslı kadrların hazırlanması işinə əhəmiyyətli töhfəsinə görə MarDU-nun Fəxri Fərmanı ilə mükafatlandırılıb. MarDU-nun Botanika, ekologiya və bitkilərin fiziologiyası kafedrasında baş laborant vəzifəsində çalışıb, təcrübəçi-tədqiqatçı (1992), müəllim (1993), baş müəllim (1997); Soros Beynəlxalq Proqramı çərçivəsində “Soros aspirantı” adına layiq görülüb (1998, 2000); Bitkilərin botanikası, ekologiyası və fiziologiyası kafedrasında baş müəllim (2000-2003), Ekologiya kafedranın dosenti (2004); MarDU-nun Ekologiya fakültəsinin “ekologiya” ixtisası üzrə doktorantı (2004-2007); Təsərrüfat müqaviləli elmi-tədqiqat işinin rəhbəri və üçmövzunun, habelə müxtəlif səviyyəli on səkkiz qrantın, o cümlədən Tempus-Tasisin “Fakültələrarası ekoloji tədqiqatlar” proqramının Beynəlxalq qrantının həmicraçısı olub (2003); “Biomüxtəlifliyin qorunub saxlanılmasının prinsip və üsulları” Ümumrusiya elmi konfransının materiallar toplusunun (2004, 2006), “Mari Çodra” Milli Parkının ekoloji sistemlərində bitkilərin biomüxtəlifliyi” (2005) və “Orqanizm, populyasiya və qrupların inkişafının polivariantlılığı” (2006) elmi nəşrlərin redaksiya heyətlərinin üzvü, Mari El Respublikasının “Qırmızı Kitabı”nın (2012) elmi redaktoru; Doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvü, Rusiyanın Təhsil və Elm Sahəsində Nəzarət üzrə Federal Xidmətinin dövlət akkreditasiyası üzrə ekspert komissiyalarının üzvüdür; Gənc ekoloqların IX Ümumrusiya toplantısının (2012) münsiflər heyətinin sədri olub; Hər il müxtəlif səviyyəli elmi konfranslarda (Moskva, Sankt-Peterburq, Kirov, Kostroma, Sıktıvkar, Yoşkar-Ola, Ufa və s.) məruzələrlə çıxış edir; Uzun illər botanika və ekologiya üzrə tədqiqat işlərinin respublika müsabiqələrinin, biologiya və ekologiya üzrə müxtəlif səviyyəli olimpiadaların münsiflər heyətinin üzvü olub, Yoşkar-Olanın və respublikanın başqa məktəblərinin biologiya təmayüllü siniflərində botanikanın ayrı-ayrı fəsillərinə dair məşğələlər aparır; MarDU-nun Ekologiya kafedrasının professorudur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *