Rüstəmov Eldar Ənvər oğlu

16 aprel 1952-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub. M. Qorki adına Türkmənistan Dövlət Universitetinin (indiki Maxtumkuli adına Türkmənistan Dövlət Universiteti) Biologiya fakültəsini bitirib. Hal-hazırda Türkmənistan‎da yaşayr. Türkmənistan Səhra, bitki və heyvanlar aləminin Milli İnstitutunda çalışır. Elmi sahəsi: Biologiya elmləri. Biologiya üzrə fəlsəfə doktoru (1980); Biologiya üzrə elmlər doktoru (1992); Mütəxəssis-ekoloq, professor (1994); Səhra ekosistemləri və su-bataqlıq ilə bağlı beynəlxalq proqramların həyata keçirilməsi və onların dayanıqlı istifadəsi proqramlarının öyrənilməsi sahəsində fəaliyyət göstərir; ikiyüzdən çox elmi işin, dörd monoqrafiyanın müəllifidir. Türkmənistan Təbiəti Mühafizə Cəmiyyətinin üzvü (1969); Türkmənistan Dövlət Universiteti, Zoologiya kafedrasında baş laborant (1974-1976); M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin Biocoğrafiya kafedrasının aspirantura (1976-1979) və doktoranturasında (1989-1991) təhsil alıb; Məxtumqulu adına Türkmənistan Dövlət Universitetinin Biologiya fakültəsində assistent, dosent (1986-1988), professor (1992-1994); Türkmənistan Elmlər Akademiyasının Zoologiya İnstitutunun aparıcı elmi işçisi (1995-1997); Türkmənistan EA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi kimi iki layihə “Mərkəzi Asiya regionu ölkələrinin biomüxtəlifliyi və quşların mühafizəsi” və “Aral Sea Project UNESCO” layihələri (1995-1997); Beynəlxalq təbiəti mühafizə təşkilatları ilə əməkdaşlıq edib (1997); Şimali Avrasiya ölkələrinin iki beynəlxalq İşçi Qrupunun qazkimilər (QİQ) və durnalar (DİQ) qruplarının üzvü (1997-ci ildən); Hollandiya Kənd Təsərrüfatı Nazirliyinin köməyilə “PIN/KNIP Wetland International” Proqramı üzrə su-bataqlıq quşları resurslarının qiymətləndirilməsini aparıb (1997-2005); “Wetland International” Moskva nümayəndəliyinin vasitəçiliyi ilə Mərkəzi Asiya ölkələrində həmin quşların siyahıya alınmasını keçirib (2006); Türkmənistanda UNDP/GEF-in “Xəzər layihəsi” çərçivəsində bu quşların siyahıya alınmasını keçirib (2007-2010); IBA/CA Proqramı və Böyük Britaniyanın Quşların Mühafizəsi Kral Cəmiyyəti ilə Türkmənistan Təbiəti Mühafizə Nazirliyi arasında sazişlər çərçivəsində “Türkmənistanın mühüm ornitoloji əraziləri” layihəsinə rəhbərlik edib (2004-2010); Ümumdünya Elmi-Tədqiqat Təbiəti Mühafizə İnstitutunda (1996-1998, 2001-2008) Heyvanlar və bitkilər aləminin kadastrı laboratoriyasında (əvəzçilik üzrə), Rusiya Təbiət Elmləri Akademiyasının Biomüxtəlifliyin Mühafizəsi Elmi Mərkəzində aparıcı elmi işçi işləyib (2009-2012); Türkmənistan Elmlər Akademiyasının Rəyasət Heyəti və Türkmənistan Səhra, Bitki və Heyvanlar Aləmi İnstitutu yanında fəlsəfə və elmlər doktorluğu elmi dərəcələrinin (“zoologiya” və “ekologiya” ixtisasları) verilməsi üzrə iki elmi şuranın üzvüdür (2009-cu ildən); Rusiya Elmlər Akademiyasının “Аридные экосистемы” jurnalının redaksiya heyətinin üzvü; Rəhbərliyi ilə dörd fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur; Türkmənistanın ətraf mühit üzrə BMT Proqramları və Konvensiyalarından irəli gələn öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üzrə Dövlət Komissiyası yanında Ramsar Konvensiyası üzrə İşçi Qrupun üzvüdür; Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü (2007) və akademiki seçilib (2012); Menzbir Ornitoloji Cəmiyyətinin (1982-ci ildən), Azərbaycan Ornitoloji Cəmiyyətinin üzvü (2005-ci ildən); “Туркменохотрыболовсоюз” ilə əməkdaşlıq edir (2001-ci ildən), eləcə də bu ictimai təşkilatın Mərkəzi Şurasının üzvüdür (2014-cü ildən); Dünya Azərbaycanlıları qurultaylarına nümayəndə seçilib (2006 və 2011-ci illərdə); (2012,2013) Bakı Humanitar forumlarının iştirakçısı olub.

Türkmənistanda BMİP (UNDP), Ramsar Konvensiyası çərçivəsində su-bataqlıq ərazilərinin mühafizəsi üzrə beynəlxalq komitə ilə əməkdaşlıq edib;

Ümumdünya irs üzrə YUNESKO və su quşlarının beynəlxalq uçotunun aparılması və əsas ornitoloji ərazilər “RSPB/BirdLife İnternational” proqramının milli əlaqələndiricisidir;

Təbiəti Mühafizə Komitəsinin Milli Səhralaşma İnstitutunda fəaliyyət göstərir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *