Şahverdiyev Tofiq Rzaqulu oğlu

12 sentyabr 1938-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Taqanroq Radiotexnika İnstitutu (indiki Cənub Federal Universitetinin Mühəndis-Texnologiya Akademiyası) (1960); 1971-ci ildə İ.K. Karpenko-Karıy adına Kiyev Dövlət Teatr Sənəti İnstitutunun (indiki Kiyev Milli Teatr, Kino və Televiziya Universiteti) Vladimir Denisenkonun kinorejissorluq emalatxanasını bitirib. Hal-hazırda Rusiyada yaşayır. “Studiya TŞ” şirkətində çalışır. Elmi sahəsi: Sənətşünaslıq. Rusiya kinorejissoru, jurnalist, fotoqrafıdır.  Portorojda Beynəlxalq Kinofestivalının (BKF) qran-prisinin qalibi (1973); Tallində idman filmləri BKF-nin qızıl medalı (1974); San-Fransiskoda BKF-nin “Qızıl qapılar” qran-prisinin qalibi (1990); Xanjonkov adına kinofestivalın xüsusi mükafatının qalibi (1998); XI Ümumrusiya sənədli filmlər kinofestivalının tamaşaçı simpatiyaları mükafatı (2000); Rusiya Kinematoqrafçılar İttifaqının Kinoşünaslar və Kino Tənqidçiləri Gildiyasının ali mükafatı (2001); “Nika” mükafatı (2001); “Rusiya Federasiyasının əməkdar incəsənət xadimi” (2005); “Avropaya pəncərə” kinofestivalının mükafatı (2010); İlk Kiyev hospisinin banisi, məşhur həkim Yelizaveta Qlinka barədə çəkdiyi “Mənim dostum həkim Liza” (2010) ekran əsəri “Ən yaxşı sənədli film” nominasiyasında “Nika” mükafatına layiq görülüb (2011); Varşavada keçirilən turistik filmlər festivalında ən yaxşı filmə görə (2015, “Lahıc” filmi) mükafat; YUNESKO-nun “Kino sənətində humanizmə görə” mükafatı və digər mükafatlara layiq görülüb. Riqa və Minsk zavodlarında mühəndis; Riqa kinostudiyasının səs rejissoru (1964-cü ildən); Mərkəzi televiziyanın rejissoru (1969); “Ekran”, “Lenfilm”, “Mosfilm” və “Videofilm” yaradıcılıq birlikləri və kinostudiyalarının rejissoru və ssenaristi (1971-1991); “Yeni evdə iki nəfər” (1978) və “Sevgi hissi” (1982) bədii filmlərini, otuza yaxın sənədli film çəkib; Rejissor kimi “Yeralaş” uşaq kinojurnalının bir neçə seriyasını çəkib; “Gimnastika dərsi” (1973), “Rusiya uşaqları” (1974), “Sənin mahnın nə barədədir?” (1977), “Stalin bizimlədir” (1989), “Sevgidən ölmək” (1991), “Bu adı yadda saxlayın” (1997), “Sevgi etirafı” (1998), “Qələbə marşı” (2000, “Nika” mükafatı) sənədli filmlərini çəkib (1970-1990); Rusiya Kinematoqrafçılar İttifaqının üzvüdür, fotoqrafiya ilə peşəkar səviyyədə məşğul olur, fərdi fotosərgilərdə iştirak edir; Rusiya Kinorejissorlar Gildiyasının üzvüdür (1988-ci ildən); Rusiya Rəssamlar İttifaqının Qrafiklər və fotoqraflar bölməsinin üzvüdür (1990-cı ildən); “Studiya TŞ” şirkətinin rəhbəri (1992-ci ildən); 2006-cı ildən Moskvada Beynəlxalq Universitetdə mühazirə oxuyur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *