Qarayev Yəhya Hüsən oğlu

Azərbaycan Respublikasının  Cəbrayıl rayonu, Mərcanlı kəndində anadan olub.
1973-cü ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Tətbiqi riyaziyyat fakültəsini bitirib.

“ASK-da Elmi-Tədqiqat İnformasiya Texnologiyaları İnstitutu” MMC-də çalışır

1979-cu ildə “Kənd təsərrüfatında resursların səmərəli istifadəsinin bəzi qeyri-xətti məsələləri” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib

2005-ci ildə “ASK-da texnoloji proseslərin optimallaşdırılmış modelləri əsasında elmi əsaslandırılması və təkmilləşdirilməsi” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib

Yetmişə yaxın elm iş, eləcə də “ASK-da texnoloji proseslərin optimallaşdırılmış modellər əsasında elmi əsaslandırılması və təkmilləşdirilməsi” adlı monoqrafiyanın müəllifidir.


2006-cı ildə “Rusiya Federasiyasının elm və texnika fəxri işçisi” döş nişanı ilə təltif edilib

2000-ci ildən “Özünütənzimləyən Rusiya qiymətləndirmə magistrləri Assosiasiyası təşkilatı” tərəfdaşlığının üzvüdür

Kənd təsərrüfatı istehsalatının planlaşdırılması və idarə olunması məsələlərində riyazi metodların və EHM-in tətbiqi sahəsində yüksəkixtisaslı mütəxəssislərdən biridir;

2003-cü ildən BMT-nin baş məşvərətçi statusunda Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademikidir

Dünya Azərbaycanlıları Konqresi qurultayının nümayəndəsi olub;

1996-cı ildən “ASK-da Elmi-Tədqiqat İnformasiya Texnologiyaları İnstitutu” MMC-nin direktorudur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *